Azərbaycanlı blogeri həbs edib başını qırxdılar - VİDEO

Bir neçə gün öncə bir qrup gəncin nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq DİN məlumat yaymışdı.

BAKU.WS xəbər verir ki, həmin nəqliyyat vasitələrindən biri “Mercedes” markalı avtomobilin sürücüsü, paytaxt sakini Mahir Hüseynov, sənişinləri isə Rza Məcidov və Ziliş Cəfərov olub.

Digər nəqliyyat vasitəsi – “Kia” markalı avtomobilin sürücüsünün Mingəçevir şəhər sakini Ceyhun Musayev olması müəyyən edilib.

Həmin şəxslər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilərək barələrində İXM-in 510 və 511-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib.

Səbail Rayon məhkəməsinin qərarı ilə M.Hüseynov və C.Musayevə 30 gün, Z.Cəfərov və R.Məcidovun hər birinə 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Qeyd edək ki, Z.Cəfərov sosial şəbəkələrdə “Daqqılı” ləqəbi ilə tanınır və bloger fəaliyyəti ilə məşğul olur.