ABŞ prezidentliyinə namizəd Donald Trampın hərbi məsələlər üzrə məsləhətçisi Maykl Flinn Rusiya Prezidenti Vladimir Putinlə şam yeməyi yeyib.
Axar.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdən də görülür ki, Trampın məsləhətçisi Putinlə eyni masada əyləşib.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun yanında əyləşən qadın isə Yaşıllar Partiyasından ABŞ prezidentliyinə namizəd Djill Steyndir.
Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd seçki qabağı çıxışlarında Rusiya və Putini dəstəklədiyini açıq şəkildə bəyan edir.