Müğənni Demet Akalın istirahət gününü ailəsinə həsr edib.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həyat yoldaşı Okan Kurt və qızı Hira ilə səmərəli vaxt keçirən müğənni paparassilərin hədəfindən yayınmayıb. Hiranı parka oyun oynamağa gətirən cütlük qızlarının bir dediyini iki etməyib.
Demet Akalın və Okan Kurt işlərinin çoxluğuna baxmayaraq, hər gün övladları üçün zaman ayırıb, onunla oyun oynadıqlarını bildiriblər.
Digər şou-biznes və maraqlı xəbərləri oxumaq üçün Facebook səhifəmizə üzv olun.