скачанные файлы (8)

Rusiyalı fotoblogger və səyahətçi Sergey Novikov Azərbaycanın işğal altındakı torpaqlarına səfər edib. Modern.az saytı xəbər verir ki, fotoqraf səfərdən hazırladığı reportajda işğal altındakı torpaqlarımızda yaradılan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə İran arasında mövcud iqtisadi münasibətlərə də toxunub.

Novikov Araz çayı üzərində tarixi “Xudafərin” körpüsü ilə yanaşı, İran tərəfinin yeni körpü və “Xudafərin” su anbarı inşa etdiyini yazıb. O, su anbarının tikintisinin 1990-cı ildə başladığını, lakin SSRİ-nin süqutundan sonra layihəsinin dondurulduğunu yazır. Sonaradan isə İran rəsmləri Bakının deyil, Qarabağ separatçılarının icazəsi ilə layihəni davam etdirməyə başlayıblar.

“Körpülərin yanında, Arazın hər iki sahilnidə İran yeni hidroqovşaq inşa edir. Tikinti 1990-cı ildə Sovet İttifaqının icazəsi ilə başlansa da, 1 il sonra dövlət çökdü. Qarabağda başlanan müharibə isə layihəni 20 il müddətinə dondurdu. İndi Azərbaycanın etirazına baxmayaraq, tikinti işləri davam edir və iranlılar bunun üçün əraziyə faktiki nəzarət edən Dağlıq Qarabağdakı “hakimiyyətdən” icazə alıblar”.

Sergey Novikov işğal altındakı Cəbrayıl rayonu ilə yanaşı, Ağdam və Xocavənd ərazilərində də olub.