Ermənistan polisi Yerevanın mərkəzində yerləşən Baqramyan prospektini etirazçılardan təmizləyib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, mitinqin dağıdılması nəticəsində 46 nəfər saxlanılıb.
Xatırladaq ki, Ermənistan polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi.
Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar.
Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.