Tanınmış ifaçı Beyonce “Apple”ın satışa çıxmayan “ağıllı saat”ını artıq qolunda gəzdirir.
ANS PRESS-in məlumatına görə, o, özünə məxsus olan saytında qızılı rəngli “Apple Watch”la çəkdirdiyi şəkilləri yerləşdirib. O, həmin şəkilləri öz sosial şəbəkə səhifələrində də paylaşıb.
Qeyd edək ki, bu saatlar hələ satışa çıxarılmayıb. Lakin indidən tükənib.
Qızılı rəngli “Apple Watch” dükanlara paylanmazdan əvvəl “Apple” həmin saatlardan birini də modelyer Karl Lagerfeldə göndərib.
Həmin “ağıllı saat”ın “Apple Watch”, “Apple Watch Sport” və “Apple Watch Edition” adlı 3 versiyası mövcuddur. Saatın ən ucuzunun qiyməti 349 dollardır. Ən bahalısı isə 18 əyarlı qızılla örtülüb və 17 min dollardır.
http://s018.radikal.ru/i525/1504/99/e37574c9d915.jpg
http://s017.radikal.ru/i437/1504/1a/1aaf8a9a3760.jpg