a7f2d13e3c79

YARAT Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova 56-cı Ümumdünya təsviri incəsənət sərgisi – Venesiya Biennalesində iştirak edəcək.

ANS PRESS-in məlumatına görə, Aida xanım Suad Qarayevanın kuratorluğu ilə hazırlanmış sərgiyə rəssam Rəşad Ələkbərovla birlikdə gedəcək

Aida Mahmudova christies.com saytına müsahibəsində rəhbərlik etdiyi təşkilatın bu ilə olan planlarından, rəssam kimi üzərində çalışdığı layihələrdən və YARAT-ın yeni mərkəzi barədə danışıb: “Yayın əvvəllərində Nyu-Yorkda “Leila Heller” qalereyasında keçiriləcək sərgiyə hazırlaşıram. Bundan başqa, bu il Bakıda YARAT Müasir İncəsənət Məkanının açılışı olacaq. Mərkəz Xəzər dənizi sahilində 2000 kvadrat metr ərazini əhatə edəcək. Mərkəzin açılışı münasibətilə rəssam Şirin Neşatın “The Home of My Eyes” adlı sərgisi keçiriləcək”.