zuckkerber 09.01.2015

“Facebook” sosial şəbəkəsinin banisi və baş katibi Mark Çukerberq bəyan edib ki, daha əvvəl pakistanlı terrorçu Məhəmməd peyğəmbərlə bağlı postların qadağan edilməsi üçün onu hədələyib.

AzVision.az-ın məlumatına görə, bu barədə Çukerberq “Facebook” da yazıb.

“Bir neçə il əvvəl Məhəmməd peyğəmbər haqqında paylaşımları qadağan etməkdən imtina etdiyimə görə, məni ölümlə hədələdi” – deyə, Çukerberq bildirib.

“Facebook” yaradıcısı hesab edir ki, sosial şəbəkə müxtəlif tərəflərin fikirləri paylaşılacağı təqdirdə daha maraqlı olacaq. Onun sözlərinə görə, “Facebook” işlədiyi hər bir ölkənin qanunlarına əməl edir. Lakin hər hansı bir ölkə və ya bir qrup insan öz qaydalarını bütün dünyaya sıraya bilməz.

“Facebook” yaradıcı eyni zamanda Fransada terror aktı zamanı həlak olan şəxslərin ailələrinə də başsağlığı verib.

Xatırladaq ki, yanvarın 7-i Fransanın paytaxtı Parisdə “Charlie Hebdo” satirik jurnalının ofisinə silahlı hücum olub. Silahlı hücum nəticəsində 12 nəfər öldürülüb.

Hazırda Fransa polisi şübhəli şəxslərin axtarışlarını davam etdirir.

Qeyd edək ki, “Charlie Hebdo” satirik jurnalı 2011-ci ildə Məhəmməd peyğəmbərin karikaturalarını nəşr etmişdi. Bundan sonra jurnalın ofisi yandırılmışdı.

Bu arada ötən gün naməlum şəxsin Paris yaxınlığında açdığı atəş nəticəsində bir qadın polis əməkdaşı həlak olub, bir nəfər isə yaralanıb.