Amerika-Rusiya qarşıdurması açıq müharibə və total məhv olma kimi çox təhlükəli nəticələrə gətirib çıxarır, Mərkəzi Kəşfiyyat İdarəsinin veteranı Filip Ciraldi hesab edir. O, bildirir ki, Amerikanın Ukraynada ciddi həyati maraqları yoxdur, güclü rəqibi təhrik etməyə dəyməz, Amerika kəşfiyyatının veteranı Ağ Evi hamı üçün fəlakət ola biləcək yalançı təbliğat və “gizli müharibə”dən imtina etməyə çağırır. Soyuq müharibə dövründə MKİ bütün vasitələrlə SSRİ-ni nüfuzdan salmaq istəyirdi, deyə amerika kəşfiyyatının veteranı Filip Ciraldi The American Conservative səhifələrində yazır. ABŞ SSRİ-də insan hüquqlarının pozulması haqda ifşa edici yazılar dərc edir , saxta şirkətlərdən texniki avadanlıqların alınmasını təşkil edirdi. Bu avadanlıqlar və qurğular quraşdırıldıqdan sonra sovet zavodlarında yığım xəttini yaralayırdı.Kommunist rejiminə qarşı mübarizə aparan təşkilatlara pul və antisovet ədəbiyyatı göndərirdi. Lakin onda real müharibə, qoy elə deyək soyuq müharibə gedirdi, buna görə də “hər vasitə yaxşı idi”.
İndi SSRİ-nin dağılmasından iki onilliyin keçdiyi bir zamanda Vaşinqton Moskva ilə yenidən qarşıdurmaya başlayır. Lakin indi bu, tamamilə gərəksiz qarşıdurmadır və qeyd edim ki, bu demək olar ki, MKİ -nın diqqətindən kənarda qalır, Ciraldi yazır. Yeni münaqişə qismən açıq şəkildə baş verir: sanksiya və qətnamələrlə, qeyri-sabit regionlara yüksək vəzifəli siyasətçilərin müntəzəm səfərləri və qeyri-hökumət təşkilatları tərəfindən xarici ölkələrin vətəndaşlarının sosial şəbəkələr vasitəsilə “siyasi özünüyaratması” və guya bəzi düzgün olmayan qurumların maliyyələşdirilməsi ilə – Milli demokratiya fondu (National Endowment for Democracy) kimi.
Amma bu, o demək deyil ki, gizli addımlar yoxdur: müxalifət təşkilatları üzvlərinin maliyyələşdirilməsi və təhsili çox vaxt xaricdə baş verir, bu zaman onların gəlir mənbələri cəmiyyətin diqqətindən ciddi-cəhdlə gizlədilir. Onların təlim və təşkilatı ilə özəl podratçılar məşğul olur ki, bu da bəzən imkan verir ki, Ağ Ev ilə hər cür əlaqəni “inkar etsinlər”. Vacib korporativ dairələri ilə əlaqələri isə əsasən şifahi surətdə, sənədli sübutlar olmadan həyata keçirilir ki, bu da gələcəkdə məsuliyyətdən yayınmağa imkan verir. “Amerika vergiödəyicilərinin 5 mlrd. dolları Ukraynada bu gün plüralist demokratiya adlandırılan, əslində isə rejim dəyişikliyi üçün məhz belə sərf edilmişdi. Digər ölkələrin gizli daxili siyasətinə belə qarışmaq başa düşməyə imkan yaradır ki, niyə hakimiyyət Qahirədə, Moskvada və başqa paytaxtlarda Milli demokratiya fondunun pulu müqabilində işləmiş bir sıra xarici məsləhətçiləri geriyə çağırır”, deyə Ciraldi sitat gətirir.
O həmçinin vurğulayır ki, Moskvanın öz təhlükəsizliyi ilə bağlı NATO-nun genişlənməsi ilə əlaqədar konkret keçirdiyi narahatlıq davam edir , xüsusilə də Ukraynanın Qərbə yenidən istiqamətləndirməsi ilə bağlı “yöndəmsiz cəhdləri”ndən çox narahatdır. Bundan başqa, Rusiyanın Krımla güclü tarixi və hərbi əlaqələri var. Və hətta əgər kimsə, ürəkdən inanır ki, Vladimir Putin “şərin təcəssümüdü”, və o , yenidən Şərqi Avropanı “ələ keçirməyə çalışır ” , etiraf etməliyik ki: bununla bu münaqişəyə damğa vurmağa cəhd göstərmək olmaz. Məhz bununla da, təəssüf ki, həm ABŞ konqresində, həm Ağ evdə israrla məşğul olurlar – müəllif bildirir.
“Antirusiya” Qətnaməsi
Texasdan olan sabiq konqresmen Ron Polun fikrincə, Vaşinqton Moskva ilə münasibətlərdə “gizli cəhdlərin ” köməyi ilə gərginlik dərəsəsini qəsdən artırır. Məsələn, yeni il tətilinə getməmişdən əvvəl konqresin nümayəndələr Palatasında 758 saylı qətnamə- “Rusiyanın Vladimir Putinin başçılığı ilə iqtisadi və siyasi ağalığı əldə etmək məqsədi ilə qonşu ölkələrə qarşı təcavüzkar siyasətinin aparılması üzrə əməliyyatların kəskin pislənməsi Haqqında” qətnamə qəbul edilib. Bu qətnamənin əleyhinə cəmi 10 nəfər səs verib. Ron Pol bu sənədi açıq təbliğat kimi xarakterizə edir və qeyd edir ki, konqresin qətnamələrində “bu qədər açıq-aşkar yalan və təhriflər nadir hallarda olub”. Bu Rusiya ilə müharibəyə gətirib çıxara bilər”,- deyə amerikalı siyasətçi xəbərdarlıq edir.
Bu qətnamədə konqresmenlər Moskvanı “Ukraynaya müdaxilədə” heç bir sübut olmadan təqsirləndirirlər, halbuku ki, müdaxilə faktının özü bunu təsdiqləyirdi və onu МН17 reysi ilə hərəkət edən Boeingin məhv edilməsində ittiham edirlər, həmçinin Suriya hakimiyyətinə silah satışına görə ittiham edirlər və nəhayət 2008-ci ildə “Gürcüstana müdaxilə”də təqsirləndirirlər. Bundan başqa, qətnamədə bildirilir ki, Rusiya kompüterlər şəbəkələrini qıraraq, Amerika hökuməti barədə qanunsuz informasiyaları əldə edərək, ona tabe olan KİV-lər vasitəsilə yayıb. Sənəddə Ukrayna prezidenti Pyotr Poroşenkoya ölkənin şərq vilayətlərində “separatçı qiyam”ı silahsızlaşdırmaq və ABŞ prezidenti Barak Obamaya ukraynalıların silahla təmin etməsi tövsiyyə edilir. Və bu məqsədə nail olmaq üçün onlara hərbi işi öyrətmək də tapşırılır. Bu isə o deməkdir ki, sonda “vətəndaş müharibəsi” hesab edilən Ukrayna münaqişənin ön cəbhəsində, amerikalı əsgərlər ola bilər, deyə mənbə ehtiyat edir.
Eyni zamanda bu qətnamənin təşəbbüskarları bildirirlər ki, Vaşinqton tədbirlər görməyə borcludur, çünki Rusiyanın vəziyyətə müdaxiləsi Ukraynada guya “sülhə və təhlükəsizliyə xələl gətirir”. Lakin əslində Moskvanın “pis davranış” ittihamlarının əksəriyyətini Vaşinqtona aid etmək lazımdır- deyə müəllif vurğulayır. Rusiya əleyhinə açıq təbliğatdan əlavə, burada gizli münaqişə, qondarma “gizli müharibə” də var ki, artıq özlüyündə pis nəticələrini göstərib. Buna misal olaraq Rusiya korporasiyalarının beynəlxalq bazarlarına, bu bazardan asılı olan valyuta hesablamaları və təhlükəsizlik sisteminə hücumu göstərmək olar.
Eyni zamanda bu qətnamənin təşəbbüskarları bildirirlər ki, Vaşinqton tədbirlər görməyə borcludur, çünki Rusiyanın vəziyyətə müdaxiləsi Ukraynada guya “sülhə və təhlükəsizliyə xələl gətirir”. Lakin əslində Moskvanın “pis davranış” ittihamlarının əksəriyyətini Vaşinqtona aid etmək lazımdır- deyə müəllif vurğulayır. Rusiya əleyhinə açıq təbliğatdan əlavə, burada gizli münaqişə, qondarma “gizli müharibə” də var ki, artıq özlüyündə pis nəticələrini göstərib. Buna misal olaraq Rusiya korporasiyalarının beynəlxalq bazarlarına, bu bazardan asılı olan valyuta hesablamaları və təhlükəsizlik sisteminə hücumu göstərmək olar.
Ehtimallar var ki, bunun üçün ABŞ iri Avropa kreditorlarına gizli təzyiq göstərir, onlardan tələb edir ki, Rusiya qiymətli kağızlarının alınmasına son qoysunlar və Rusiyaya kredit verməsinlər, çünki belə əqdlər gələcəkdə yeni daha sərt sanksiyaların tətbiqinə görə “qanunsuz ola bilər”. Nəticədə bu sanksiyaların sərtləşdirilməsindən asılı olmayaraq, Rusiya bazarında risklər artır:Maliyyə institutları riskə getmək istəmirlər, ona görə də hər hansı bir mümkün problemlər barədə dərhal “qoruyucu reaksiya” ilə cavab verirlər. Lloyds bank qrupunun tərəfindən təkrar maliyyələşdirmə sxemi olan Rusiya çoxprofilli neft şirkətinin iştirakı ilə “Rosneft”-dən çıxışını ABŞ-ın məhz bu təzyiqi ilə izah edirlər- The American Conservative yazır.
Doğrudan da, Rusiya iqtisadiyyatı neftin qiymətinin düşməsi ilə deyil, daha çox, Rusiyanın qeyri-qanuni hesab etdiyi, lakin hələki heç bir hüquqi addım atmadığı sanksiyaların səbəbindən ağır vəziyyətə düşüb. Lakin, əgər sanksiyalar sərtləşdiriləcəksə, müqavilələrin pozulmasına görə məhkəmə iddiaları başlayacaq ki, onlardan da, nəinki təkcə beynəlxalq hüquq firmaları, demək olar ki, bütün tərəflər zərər çəkəcək. İstənilən halda, sanksiyalar Rusiyanın siyasətini dəyişməyəcək, çünki Ukrayna onun üçün vacib maraq doğurur- Cirardi hesab edir. Yeni sanksiyalardan hədə kimi istifadə etməksə, yalnız siyasi mühiti gərginləşdirəcək, əgər Rusiya “əvəz-əvəzə” prinsipi üzrə hərəkət edəcəksə və bütün gizli və aşkar hücumlara cavab verəcəksə, ABŞ iqtisadiyyatı çox şey itirəcək.
Rusiya və ABŞ arasında münasibətlərin kəsilməsi mümkünlüyü
Nəticədə Moskva ABŞ və Aİ ilə terrorçu qrupların maliyyələşdirilmə mənbələrini izləmək məsələlərində əməkdaşlıq əlaqələrini qıra bilər və pulların yuyulması üçün cənnət yeri yaradaraq, hətta cinayətkar fəaliyyətdən əldə olunan gəlirlərin Rusiya banklarında yerləşdirilməsinə “göz” yuma bilər – deyə Amerika kəşfiyyatının veteranı nəzərdə tutur. Rusiya Qərblə Suriya, İran və Şimali Koreya barəsində də siyasi əməkdaşlığını döndərə bilər, məsələn, birtərəfli qaydada İrana qarşı sanksiya rejimindən çıxmağa başlaya bilər və onun neftini almaq qərarına gələr. Dəməşq üçün Hava Hücumundan Müdafiə vasitələrinin satışına gedə bilər, hansı ki onun köməyi ilə Dəməşq Amerika hərbi təyyarələrini vurmaq imkanına mlik ola bilər. Və yaxud Şimali Koreyaya qarşı ticarət məhdudiyyətlərini azalda bilər. Moskva da Amerika təşəbbüslərini, BMT-də öz veto hüququndan istifadə edərək qıra bilər – The American Conservative xəbərdarlıq edir.
Aşkar və gizli tədbirlərin köməyi ilə Ağ Evin Rusiyanı sıxışdırmaq siyasəti heç də ürəkaçan nəticə verməyəcək. ABŞ Yaponiyanın timsalında 1940-cı illərdə artıq buna əmin olmuşdu – müəllif xatırladır.
Sabiq konqresmen Ron Pol da xəbərdar edir ki, belə siyasətin aparılması ” müharibəyə başlamaq təklifinə bərabərdir”. Düşməni gücə təhrik etmək ağılsızlıqdır, əgər o, sizin həyati vacib maraqlarınıza təhlükə yaratmırsa. Lakin Ukraynada və Krımda ABŞ-a qarşı belə maraq yoxdur, konqresin və Ağ Evin Rusiyaya qarşı aparıcı KİV-lərin də məharətlə qızışdırdığı qəzəbi isə çox səmərəsizdir. Ona görə də rəsmi Vaşinqton geriyə addım ataraq, öz səhvini düzəltməlidir və bütün tərəflər üçün fəlakətli ola biləcək hərəkətlərdən imtina etməlidir – The American Conservative sonda qeyd edib.
Sabiq konqresmen Ron Pol da xəbərdar edir ki, belə siyasətin aparılması ” müharibəyə başlamaq təklifinə bərabərdir”. Düşməni gücə təhrik etmək ağılsızlıqdır, əgər o, sizin həyati vacib maraqlarınıza təhlükə yaratmırsa. Lakin Ukraynada və Krımda ABŞ-a qarşı belə maraq yoxdur, konqresin və Ağ Evin Rusiyaya qarşı aparıcı KİV-lərin də məharətlə qızışdırdığı qəzəbi isə çox səmərəsizdir. Ona görə də rəsmi Vaşinqton geriyə addım ataraq, öz səhvini düzəltməlidir və bütün tərəflər üçün fəlakətli ola biləcək hərəkətlərdən imtina etməlidir – The American Conservative sonda qeyd edib.