Suriyada heç bitməyən və hər gün daha şiddətlə davam edən vətəndaş müharibəsində hökumət qüvvələri yenidən böyük bir vəhşiliyə imza atıb.
Axar.az xəbər verir ki, dünən Suriyada paytaxt Dəməşqin Duma səmtində onlarla yerli vətəndaşın şəhid olduğu bir hücum reallaşıb. Müxalif mənbələrə görə, hücumu hökumət qüvvələri həyata keçirib.
Mediada dünənki hücumun görüntüləri yayılıb. Görüntülərdə əsasən uşaqların öldüyü və yaralandığı dəhşətli hücumdan sonra ölənlərin yaxınlarının çarəsizlik içində fəryad etdiyi görünür.