Gilasdan gündə 200-300 qram, ərik böyükdürsə, 3-4 ədəd yeyilə bilər.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, bunu qastroenteroloqu Svetlana İlyaşenko deyib.
Mütəxəssisin sözlərinə görə, gilas çoxlu faydalı xüsusiyyətlərə malikdir. Tərkibində B vitaminləri, C vitamini var və təbii şəkər tərkibinə görə də yaxşı bir enerji mənbəyidir.
Öz növbəsində, ərikdə bir çox vitamin var, onlar mikro və makro elementlərin zəngin tərkibi ilə seçilir. Onlar sizi tez doldurur və eyni zamanda susuzluğunuzu asanlıqla yatırır.
Medianews.az