Rusiyanın Krasnaya Polyana kurortunda qız və anası qar uçqunu altında qalıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, hadisə 29 yaşlı Kristinanın anası ilə “Alp çəmənlikləri”də ekomarşurutla gəzdiyi zaman baş verib.
Kristinanın anası qançır və sıyrıqlarla xilas olub, qız isə çoxlu xəsarətlər alıb. Buz parçaları qızı 10 metr hündürdən atıb və bir tona yaxın qartopu onun kürəyinə dəyib.
Zərərçəkmiş xəstəxanaya çatdırılsa da, həkim qızı xilas edə bilməyib. O, gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Kristina Krasnaya Polyanada kafedə işləyirdi. Ana qızına baş çəkməyə gəlib və onlar gəzməyə qərar veriblər.
Medianews.az