Bəstəkar Gövhər Həsənzadə “5/5” verilişində qonaq olub.
Axşam.az-ın məlumatına görə, o, aparıcının “Müğənnilər mahnıya qarşı niyə qısqancdır” sualına belə cavab verib:
“Heç vaxt bir müğənninin mahnısını illər keçsə də, başqasına icazəsiz verməmişəm. Hərdən elə olur ki, on il əvvəl bəstə verdiyim ifaçı səhnədən gedib. Başqası həmin mahnımı istəyəndə demişəm ki, ilk oxuyanı tapın, halallıq alın, sonra ifa edin. Əgər bir nəğmə müğənniyə uğur gətirib, böyük auditoriya qazandırıbsa, onda onun bəstəni qısqanmağa haqqı var. Ən pis hal isə sənətçi mahnını oxuyanda müəllifin adını çəkmir. Mənim ən yaralı yerim budur. Bu, hörmətsizlikdir. Bizim müğənnilərə bunu bağışlayırıq. Amma türklərə etmək olmur. Oxuyurlar, heç demirlər də ki, Azərbaycan bəstəsidir. Bəstəkarı bu, pis edir”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.