Aparıcı Zümrüd Bədəlova aktyor Əlixan Rəcəbovla bağlı maraqlı açıqlama verib.
Yenisabah.az xəbər verir ki, o, “Söz-baz” verilişində “Alatava” serialı ilə bağlı qalmaqaldan danışarkən qeyri-adi fikirləri ilə gündəmə gəlib.
Zümrüd Əlixanın əri olmasını istədiyini deyib:
“Əlixan və Taleh üçün ürəyim gedir. Kaş, Əlixan ərim olardı. O da boşanır, evlənir. Mən də deyirəm, kaş ərim olaydı. Onun kimi dəliyə hamının ehtiyacı var”.Aparıcının bu fikirləri qısa zamanda sosial şəbəkələrdə yayılıb. Z.Bədəlovanın həmkarı Tarix Əliyev (Tolik) də məsələyə səssiz qalmayıb. O, sözügedən paylaşıma “Ay qəhrəman” şərhini yazıb.