Rusiyada bir qadın münaqişə zamanı sevgilisini bıçaqlayıb.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, buna səbəb paltaryuyan maşının xarab olması olub – kişi nəinki məişət texnikasını zədələyib, həm də evində heç bir iş görmək istəməyib.
Qadın qab-qacaq yuyan zaman sevgilisi onun yanına gələrək saçından tutub və şikayətlərə qulaq asmaqdan yorulduğunu deməyə başlayıb. Qadın bıçağı götürüb və sevgilisini vurub.
Məlumata görə, məhkəmə qadını iki il yarım şərti cəzaya məhkum edib.
Medianews.az