Bakıda küçədə özünü yandıran kişiyə birinci və ikinci termiki yanıq diaqnozu qoyulub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Lent.az-a bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 30 yaşında şəxsin (kişi cinsli ) özünü yandırması səbəbilə çağırış daxil olub.
Təcili tibbi yardım briqadası tərəfindən xəstə üzün, döş qəfəsinin, yuxarı ətrafların birinci və ikinci termiki yanıqları diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin Yanıq Şöbəsinə hospitalizasiya olunub.
***
14:26
Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib.
Medianews.az xəbər verir ki, bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.
Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.
Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə ediblər.
Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, həmin şəxsin sevdiyi qadın o ünvanda yaşayır və özünü ona görə yandırıb.