Şərqi Ukraynada olan separatçılar Ukrayna ordu birləşmələrinin Donetsk şəhərinə fosfor bombaları atdığını iddia ediblər.
Avropa.info nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Ukrayna aviasiyası Donetskdə separatçıların bir sıra obyektlərini bombardman edib.
Separatçıların verdiyi xəbərə görə, onlar Ukrayna hava qüvvələrinə məxsus bir təyyarəni vurublar. Ukrayna ordu birləşmələri isə Donetskdə fosfor bombalarından istifadə etməsinə dair yayılan xəbərlərə rədd edib.
Sosial şəbəkələrdə Donestkdə davam edən gecə döyüşləri haqda video yayılb.
Avropa.info videonu oxuculara təqdim edir.