İsveçin Skövde şəhərindəki məscidin bağçasında donuz leşi atılıb.
Medianews.az xəbər verir ki, Skövde Polisinin internet saytında verilən açıqlamada gecə yarısı Skövde məscidinin həyətinə donuz leşinin atıldığı təsdiqlənib.
Açıqlamada hadisə ilə bağlı etnik qrupa təhrik və nifrət cinayəti törətdiyi üçün araşdırma başlanıldığı bildirilib.
“Nyheter 24” qəzetinin xəbərinə görə, Skövdenin əhali nisbətinə görə 2024-cü ildə İsveçdə ən çox bu cür cinayətlər törədilən şəhər olduğu qeyd edilib.
Medianews.az