Vitebsk vilayətinin Orşa şəhərindəki “Leqmaş” zavodunun işçiləri ilə görüşdə Belarus prezidenti Aleksandr Lukaşenkoya plov hazırlamaq üçün iri çuqun qazan hədiyyə edilib.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, Belarus lideri hədiyyəni qəbul edib. Lukaşenko Düşənbəyə səfərləri zamanı Tacikistan prezidenti Emomali Rahmondan plov bişirmə dərsləri aldığını da bildirib.
Respublika başçısı əlavə edib ki, o, “adi kənd yeməklərinə” üstünlük verir. Eyni zamanda, o, Sovet İttifaqında “çox yaxşı resept” olduğunu qeyd etdi. Onun sözlərinə görə, Belarusda hazırda SSRİ dövründən qalan bir çox reseptləri bərpa edib istehsala qaytarırlar.
Medianews.az