Çərşənbə, 26 İyun 2024

Səhhəti pisləşən Mayk Tayson: “Özümü yüzdə 100 hiss edirəm” – FOTO

Los-Ancelesə təyyarə səfəri zamanı halı pisləşən əfsanəvi boksçu Mayk Tayson açıqlama verib.

BAKU.WS xəbər verir ki, 57 yaşlı idmançı “Ceyk Paula qalib gəlməyim vacib olmasa da artıq özümü yüzdə 100 hiss edirəm” deyə bildirib.

Xatırladaq ki, ötən gün amerikalı boksçu Mayk Tayson Los Ancelesdən Mayamiyə uçarkən təyyarədə səhhətində problem yaranıb.

Hadisədən dərhal sonra ona zəruri tibbi müdaxilə edilib və onun vəziyyəti yaxşılaşıb.

DAHA ÇOX OXU

Xəbər lenti