Onlardan tələb olunur ki, raport yazaraq Rusiyanın hərbi dəniz piyadalarına qoşulsunlar
Rus hərbçiləri Kerçdə Ukraynanın hərbi dəniz qüvvələrinin əsgərlərinə martın 16-na qədər vaxt veriblər. Bu vaxta qədər ukraynalı hərbçilər “yaxşı düşünməli və harada xidmət etmək istədikləri barədə qərar qəbul edərək müvafiq raport yazmalıdırlar”. Bu barədə Ukraynanın Müdafiə Nazirliyinin Krımdakı media mərkəzinin rəhbəri Vladislav Seleznyov öz “Feysbuk” səhifəsində məlumat verib.
Kerçdən olan mənbələrin verdiyi xəbərə görə, Qara dəniz donanmasının sahil qoşunlarının komandanı general-mayor Aleksandr Ostrikov təkrarən “qara beretlilər”in yanına gəlib və onlara yuxarıda sözü gedən təklifi verib.
Ukrayanlı hərbi dənizçilərə vəd verilib ki, onların məvacibi Rusiya standartlarına uyğun olaraq saxlanılacaq.
Seleznyov bildirib ki, dəniz piyadalarının bu təklifi qəbul etməyəcəkləri təqdirdə onlara qarşı güc işlədiləcəyi də bildirilib.
O da xəbər verilir ki, “qara beretlilər”dən 60 nəfəri artıq tələb olunan raportu yazıb. Ancaq bu iddianı Feodosiyadakı mənbələr təsdiqləməyiblər.
Musavat.com