QOÇ –( Mart 21 – Aprel 20 )
Köhnə mübahisələrə, yarıtmaz tərəfdaşlarla haqq-hesab çürütməyə qayıtmayın. Əks təqdirdə çoxsaylı uğursuzluqlarla rastlaşacaqsınız. Yalnız böyük ideyalarınız barədə düşünün.
BUĞA – (Aprel 21 – May 20)
Diqqətli olun, çünki ulduzlar ətrafınızda sizləri aldadanların artdığını bəyan edir. Başqa probleminiz olmayacaq. Bu gün ciddi gəliriniz gözlənilməsə də, büdcəniz boş qalmayacaq.
ƏKİZLƏR –(May 21- İyun 21)
İlk növbədə əsəblərinizi qoruyun ki, qarşınızda duran problemləri həll etməyə gücünüz çatsın. Həlli çətin görünən məsələlərə girişməyin. Göy qübbəsi büdcənizin artacağını mütləq sayır.
XƏRÇƏNG –(İyun 22 – İyul 22)
Qarşınızda xoş bir gün durur. Məqsədlərinizə çatmaqda çətinliyiniz olmayacaq. Amma uzaqda yaşayan qohumlarınızla əlaqələri dərinləşdirin, ələlxüsus da əgər onlardan xəstə olanı varsa.
ŞİR – (İyul 23 – Avqust 23)
Pozulmuş enerjinizi bərpa etmək üçün dini tövsiyələrə riayət edin, müqəddəs insanları və yerləri ziyarət edin. Fəaliyyətdən daha çox mənəvi amillərə yer ayırın. Uzaq səfərlər də mümkündür.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Ulduzlar təvəqqe edir ki, bu gün heç kimə yalan vədlər verməyəsiniz. Çünki xırda yanlışlıq sonrakı günlərdə sizə zərər yetirə bilər. Qarşılıqlı ünsiyyət zamanı eqoistlik etməyin. Hamıya dəyər verin.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Fevralın sonrakı mərhələsi üçün görəcəyiniz işləri indidən götür-qoy edin. Ən azından gün ərzində zəkanız iti olacaq, başınıza səmərəli ideyalar gələcək. Müqəddəs çağırışlara riayət edin.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Aqressiv düşüncələri heç olmasa bu günlük arxa plana atın. Göy qübbəsi nicatınızın mərhəmətli və mülayimlikdən asılı olduğunu bildirir. Saat 17-dən sonra bütün təkliflərə “hə” deyin.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Gücünüzü lazımsız sahələrə sərf etməyin. Məhz bu səbəbdən vacib işləriniz öz həllinə gecikir. Yaxşı olar ki, saat 11-dən etibarən özünüzdə təpər tapıb hərəkətə keçəsiniz. Vaxt itirməyin.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Bu gün heç bir təhlükə yoxdur. Göy qübbəsi aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqe edir. Yalnız axşam saatlarında xırda mübahisələriniz mümkündür. Yəqin ki, təmkinli olacaqsınız.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Hiss olunur ki, bu həftə çox yorulmusunuz. Ona görə də bugünkü fəaliyyətinizi başa çatdıran kimi istirahət haqqında düşünün. Maddi durumunuz imkan versə, səfər də mümkündür.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Başqalarının işinə müdaxilə etməyin, xüsusən də hüquqi müstəvidə və sənədlərlə bağlı məsələlərdə. Bunu bacarsanız, günün ləzzətini yaşaya biləcəksiniz. Nahardan sonra maddi irəliləyiş də gözlənilir.