Tələbələr onun universitetdən qovulması üçün bu gün imza toplama kampaniyası başladacaqlar
Türkiyədə universitet tələbəsi pişiyi bıçaqla vəhşicəsinə doğrayaraq bunu videoya çəkib və həmin görüntüləri internetdə paylaşıb. ANS PRESS-in xəbərinə görə, hadisə Türkiyənin Eskişehir vilayətində baş verib.
Məlumata görə, tələbə Mustafa Can Aksoy pişiyinin bağırsaqlarını kəsərək onun bir saat can verməsinə tamaşa edib. Onun bu hərəkəti sosial şəbəkələrdə milyonlarla insanın kəskin etirazı ilə qarşılanıb.
Bəzi sosial şəbəkə istifadəçiləri hüquq-mühafizə orqanlarına müraciət edərək bu şəxsə qarşı ölçü götürülməsini tələb ediblər.
Tələbələr isə onun universitetdən qovulması üçün bu gün imza toplama kampaniyası başladacaqlar.
Qeyd edək ki, Mustafa Can Aksoy 1994-cü ildə Türkiyəniun Bartın vilayətində dünyaya gəlib. Eskişehir “Osman Qazi” universiteti ədəbiyyat fakultəsinin tələbəsidir.
Kedi Katili Can Aksoy | izlesene.com
http://i031.radikal.ru/1402/62/d3a3899cb238.jpg