ABŞ-da inflyasiya və dolların devalvasiyası səbəbindən Federal Ehtiyat Sistemini ləğv etməyi təklif etdilər.
Medianews.az xarici mediaya istinad edərək xəbər verir ki, oxşar təşəbbüsü respublikaçı konqresmen Tomas Massi irəli sürüb.
O, 1913-cü il Federal Ehtiyat Aktını ləğv etməyi və qubernatorlar şurasını ləğv etməyi təklif edib. Massinin sözlərinə görə, Fed-in hərəkətləri, xüsusilə pandemiya zamanı yüksək inflyasiyaya səbəb olub.