Çərşənbə, 3 İyul 2024

İstanbulun körpüləri Azərbaycan bayrağının rənglərinə büründü – FOTO

İstanbulun “15 İyul Şəhidlər”, “Fateh Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri Azərbaycanın 28 May – Müstəqillik Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

BAKU.WS xəbər verir ki, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial media hesabındakı paylaşımında Azərbaycan bayrağının rənglərinə bürünən İstanbulun bu gecə daha gözəl göründüyünü bildirib.

Nazir paylaşımında “Fateh Sultan Mehmet”, “15 İyul Şəhidlər” və “Yavuz Sultan Səlim” körpüləri Can Azərbaycanın rənglərinə büründü. Azərbaycanın Müstəqillik Günü mübarək olsun” – deyə bildirib.

DAHA ÇOX OXU

Xəbər lenti