Yanukoviçin atası Fyodr Yanukoviç İkinci Dünya Müharibəsi illərində Belarusun Vileyka şəhərində milis rəisi işləyib. “Axar.az”ın məlumatına görə, bu barədə Belarusun “Xartiya -97” dərgisində arxiv materialları yer alıb. Sənədlərdə deyilir ki, Vermaxtın əmrlərinin yerində yetirilməsi hadisələri Minsk şəhərinin şimal-qərbindəki Maçki kəndində cərəyan edib. Kəndlilərin gün ərzində bir baş inəkdən 3 litr süd öhdəliyi varmış. Əmrdə deyilir ki, Vermaxt milis rəhbəri Yanukoviçə öhdəliyin yerinə yetirilməsinə nəzarəti şəxsən tapşırılıbmış.
O, planı yerinə yetirməyənlərə qarşı cəza tətbiq edə bilərmiş.
Maraqlıdır ki, NKVD-nin açıqladığı arxiv materiallarında da alman faşistlərinə “işləyən”lərin siyahısında maraqlı uyğunluq ortaya çıxıb. Belə ki, 5-ci nömrədəki şəxs Vitebsk vilayətinin Yanuki kəndinin sakini Fyodr Vladimiroviç Yanukoviç kimi göstərilib. Həmin şəxsin ad, soyad və doğum yeri Ukrayna prezidenti və onun atasının bioqrafiyası ilə tam üst-üstə düşür.
http://s005.radikal.ru/i210/1402/6d/c970b4b03f3c.jpg
http://s020.radikal.ru/i713/1402/b3/006235f38d96.jpg