Medianews.az
Bakıda 3 körpüyə bomba qoyulması xəbəri yayıldı
154 baxış

Bakıda 3 körpüyə bomba qoyulması xəbəri yayıldı

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov, Nizami və Xətai rayonundakı 3 körpüyə partlayıcı qurğu qoyulması barədə məlumat daxil olub. 

ANS PRESS-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə gediblər. 

Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görərək əraziyə baxış keçiriblər. Nəticədə, qeyd olunan ərazidə şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 06:52-də başa çatıb. 

Bizə qoşulun