Medianews.az
 Sərnişinin stüardessa ilə yersiz zarafatı bütün ölkəni qarışdırdı
145 baxış

Sərnişinin stüardessa ilə yersiz zarafatı bütün ölkəni qarışdırdı

 

Ukrayna hava yollarında baş verən qəribə olay insanlarda həm gülüş, həm təəssüf hissi yaradıb. 

 
Teleqraf.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, qəribə hadisəyə səbəb rus sərnişinlərdən birinin uğursuz zarafatı olub. Belə ki, təyyarədəki rus sərnişin stüardessdaya “bomba var” deyib. Bunu ciddiyə alan stüardessa hamını ayağa qaldırıb.
 
Bu haqda polisə xəbər saat 13 radələrində, “Simferopol” aereportundan gəlib. Stüardessa salonu gözdən keçirərkən girişdəki qutu diqqətini çəkib. Bu haqda o, 53 yaşlı Moskva sakininə etirazını bildirib və qutunu girişdən götürməyi tapşırıb. Sərnişinsə qutunu götürməkdən imtina edib və bildirib ki, qutuda partlayıcı maddə var. Stüardessa isə sərnişinin zarafatını ciddiqəbul edərək ekipajı xəbərdar edib. "Bomba"nı zərərsizləşdirmək üçün hadisə yerinə polis və prokurorluq əməkdaşları, mütəxəssislər qrupu, polis-kinoloqlar, təcili yardımlar gəlib.
 
Axtarış zamanı 73 sərnişin və alti heyət üzvü evakuasiya edilib. Sonda isə məlum olub ki, qutuda ancaq tərəvəzlər varmış.  
Olayla bağlı uçuş 3 saat ləngiyib. “Zarafatcıl” sərnişinsə uça bilməyib. Onu təyyarədən birbaşa polis şöbəsinə aparıblar.
 
 

Bizə qoşulun