Daxili işlər naziri Ramil Usubovun iddiası üzrə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı məhkəmənin hazırlıq iclası bu gün saat 12.30-da Yasamal rayon məhkəməsində davam edib.
“Qafqazinfo” xəbər verir ki,iclasda R.Usubovun vəkili Əlirza Əbilov məlumat verib ki, nazir iddiaya səbəb olan məqalə ilə bağlı qəzetin təkzib verdiyini nəzərə alaraq iddiasını geri götürür.
Məhkəmə qərarını saat 17-də açıqlayacaq.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov da “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidə qarşı iddiasını geri götürüb. Azadlıq.info-nun məlumatına görə, bu gün Yasamal Rayon Məhkəməsində keçirilən hazırlıq iclasında Kəmaləddin Heydərovun vəkili Əlirza Əbilov deyib ki, nazir iddiaya səbəb olan yazı ilə bağlı təkzib verildiyini və Mətbuat Şurasının nazirə müraciətini nəzərə alaraq belə addım atıb.