Gəncə icra başçısının Göygöldə tikdirdiyi villada iki fəhlə ağır yaralanıb
Facebook sosial şəbəkəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə bağlı yeni xəbər yayılıb. Xəbərdə deyilir ki, icra başçısı Göygöl ətrafında özünə yeni, daha dəbdəbəli bir villa inşa etdirir. Martın 9-da inşa edilən villada dəhşətli qəza baş vermiş və fəhlələrdən ikisi ağır yaralanmışdır. Biri başından, digərisə gözündən ağır yaralanan fəhlələri dərhal xəstəxanaya aparıblar. Başından yaralanan fəhləni Göygöl rayon xəstəxanasına, gözündən yaralananı isə Gəncə şəhər xəstəxənasına yerləşdiriblər. Qəza barədə məlumatlandırılan Elmar Vəliyev villadakı qəza barədə nə polisə, nə də mətbuata məlumatın sızmaması barədə göstəriş verdiyi bildirilir. Hətta xəstəxanaya yerləşdirilən fəhlələr qəbul şöbəsində də qeydiyyatdan keçirilməmiş və hər iki xəstəxananın baş həkimi bu məsuliyyətə ortaq olmuşlar.
Hazırda hər iki fəhlənin mümkün qədər tez müalicə olunub evə buraxılması istiqamətində iş aparılır deyilir.