Ukrayna Ali Radası məhkumların səfərbər edilməsi haqqında qanun layihəsini qəbul edib.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün “Telegram” səhifəsində məlumat verib.
Onun sözlərinə görə, sənədin qəbuluna 279 deputat səs verib.
Xatırladaq ki, aprelin 18-də Ali Radanın deputatı Roman Kostenko bildirib ki, Ukraynada 10 minə qədər məhkum səfərbərliyə cəlb oluna bilər.