Bakının Sabunçu rayonu ərazisində polis əməkdaşı özünü öldürüb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Heydər Əliyev adına Neft Emalı Zavodunun mühafizə polisi idarəsinin polis nəfəri Samir Ələkbərzadə özünü asıb. Onun meyiti Maştağa-Zabrat yolunda yerləşən yarımçıq tikilidə asılmış vəziyyətdə aşkarlanıb.
S.Ələkbərzadə sintetik kəndirlə özünü evin içərisindəki tirdən asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.