Masallı rayonunda toyda qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, martın 8-də Masallı rayonunun Qədirli kəndində, kənd sakini Yavər Nuriyevin həyətində keçirdiyi toy məclisində vay düşüb.
Ağdam rayon sakini Elvin Rüstəmov münaqişə zəminində kənd sakini Nəriman Quliyevə bıçaqla xəsarət yetirib.
N.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb. E.Rüstəmov Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.