Berluskoni azadlıqdan məhrum edildi
Bu gün Milan məhkəməsi İtaliyanın sabiq Baş naziri Silvio Berluskonini BNL bankının (Banca Nazionale del Lavoro) “Unipol” sığorta qrupunun uğursuz əldə edilməsi işi üzrə bir il həbs cəzasına məhkum edib.
Trend-in cümə axşamı “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Berluskoni həmin iş çərçivəsində məxfi informasiyanın açılmasında iştirakda təqsirləndirilirdi.
Bununla belə, məhkəmə prokurorluğun tələbini qəbul edərək siyasətçini bir il azadlıqdan məhrum edib.