Ötən gün Bakıda intihar etmək istəyən qadın Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən son anda xilas edilib.

BAKU.WS həmin hadisənin görüntülərini əldə edib. Videodan göründüyü kimi özünü hündürlükdən atmaq istəyən qadınla danışıqlar aparılır.

Qeyd edək ki, 15 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər vətəndaşın hündürlüyə çıxaraq intihara cəhd etməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Vətəndaşla psixoloji söhbətlərin aparılması nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Загрузка...