Bakının “Neftçi” klubu Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib.

APA-nın məlumatına görə, Azərbaycanın ən titullu klubu I təsnifat mərhələsində Moldovanın “Speranta” komandasını mübarizədən kənarlaşdırıb.

Ötən həftə səfərdə baş tutan görüşdə rəqibini 3:0 hesabı ilə darmadağın edən Roberto Bordinin yetirmələri Bakıda da rəqibinə “divan tutub”. “Ağ-qaralar” “Bakcell Arena”dakı qarşılaşmanın taleyini ilk yarıda həll edib.

Fasiləyədək Vangelis Platellas iki, Emin Mahmudovla Dario Frederiko hərəyə bir qol vurublar. İkinci hissədə Stiven Monroz və İsmayıl Zülfüqarlı fərqi altı topa çatdırıb.

Qeyd edək ki, “Neftçi” II təsnifat mərhələsində Rusiyanın “Arsenal” klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 25-də Tula şəhərində, cavab matçı avqustun 1-də Bakıda keçiriləcək.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul
21:00. “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) – 6:0

QOLLAR: Platellas, 19, 40, Mahmudov, 24, Dario, 42, Jozef-Monroz, 67, Zülfüqarlı, 78
Baş hakim: Julian Veynberger (Avstriya)
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,
7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar
Baş məşqçi: Roberto Bordin
“Speranta”: 1. Denis Makoqonenko, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Luis Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev
Baş məşqçi: Kristian Efros
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda altıncı qol vurulub.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 78-ci dəqiqəsində yenə Azərbaycan təmsilçisi rəqib qapısına yol tapıb. Komandamızın heyətində İsmayıl Zülfüqarlı hesabı 6:0-a çatdırıb

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda ikinci hissə başlayıb.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 45 dəqiqəsindən sonra “ağ-qaralar” rəqibini darmadağın edir – 4:0.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda dördüncü qol vurulub.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 43-cü dəqiqəsində Dario Frederiko top fərqini 4-ə çatdırıb.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda daha bir qol vurulub.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 40-cı dəqiqəsində Vanqelis Platellas özünün ikinci, “ağ-qaralar”ın üçüncü qoluna imza atıb.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda hesab dəyişib.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmanın 24-cü dəqiqəsində paytaxt təmsilçisi ikinci qolu vurub. Bu dəfə Emin Mahmudov penaltini dəqiq yerinə yetirib – 2:0.

***

Avropa Liqasının I təsnifat mərhələsinin “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova) oyununda hesab açılıb.

APA-nın məlumatına görə, Bakıda təşkil olunan qarşılaşmada paytaxt təmsilçisi önə keçib. “Ağ-qaralar”ın heyətində 19-cu dəqiqədə Vanqelis Platellas fərqlənib.

***

Avropa Liqasında I təsnifat mərhələsinin oyunları davam edir.

APA-nın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirinə bu raunddan başlayan Bakının “Neftçi” klubu da cavab oyununu keçirir.

Azərbaycanın ən titullu komandası evdə “Speranta” ilə üz-üzə gəlir. Roberto Bordinin yetirmələri rəqib meydanında 3:0 hesabı ilə məğlub etdiyi Moldova təmsilçisi ilə görüşdə azarkeşlərini sevindirməyə çalışır.

Topaz Premyer Liqasının gümüş mükafatçısı mövsümün ilk ev oyununu “Bakcell Arena”da keçirir. “Ağ-qaralar”ın görüşündə möcüzə baş verməsə, bakılılar II təsnifat mərhələsində Rusiya “Arsenal”ı ilə qarşılaşacaq.

Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
18 iyul

21:00. “Neftçi” (Azərbaycan) – “Speranta” (Moldova)
Baş hakim: Julian Veynberger (Avstriya)
“Neftçi”: 1. Səlahət Ağayev, 5. Anton Krivotsyuk, 6. Voislav Stankoviç, 8. Emin Mahmudov, 10. Dario Frederiko, 11. Vanqelis Platellas, 19. Rauf Əliyev, 25. Kirilo Petrov, 26. Ömər Buludov, 28. Stiven Jozef-Monroz, 36.Mamadu Kane
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 3. Mamadu Mbodj,
7. Namik Ələskərov, 17. Rəhman Hacıyev, 18. Tural Axundov, 80. İsmayıl Zülfüqarlı, 93. Soni Mustivar
Baş məşqçi: Roberto Bordin
“Speranta”: 1. Denis Makoqonenko, 5. Mihael Bolun, 6. Bruno Barbosa, 8. Konstantin Sandu, 9. Felipe Ramires, 11. Fabrise Elundu, 15. Oliver Perea, 22. Ştefan Efros, 31. İon Arabaci, 87. Ruslan Çelari, 93. Maksim Yurku
Ehtiyat oyunçular: 34. Daniel Avdyuşkin, 4. Dayron Mendosa, 10. İon Draqan, 17. İçaka Tyehi, 20. Luis Misas, 23. İsa Yusuf, 98. Alişer Mirzoyev
Baş məşqçi: Kristian Efros
Bakı. “Bakcell Arena”
İlk oyun – 3:0

Загрузка...