“Bəzən elə bir sualın qarşısında aciz qalır ki, insan… İstəmədən o sualın pəncəsində qalırsan. Bir xanım məndən “botoks etdirəcəksən” deyə soruşdu. Cavabım “Yox, nə botoks, nə də mezo etdirəcəm” oldu. Mənə iynə ilə müdaxilə olmaz”.

BAKU.WS-in məlumatına görə, bu sözləri xərçəng xəstəliyinə qalib gələn aparıcı, hüquqşünas Zülfiyyə Bayramova sosial şəbəkədə yazıb.

O, xəstəliyi ilə bağlı ona ünvanlanan suallardan danışıb:

“Doğal halım necədir, elə qalacam. Bir də ki, hər yaşın öz gözəlliyinin dadını çıxarmaq istəyirəm. Xanım “Doğru, sən normal insanlardan gözəlsən” söylədi. Bəlkə də xanım guya məni təsəlli edirdi, əslində isə qaş düzəltdiyi yerdə göz çıxarmışdı. O an mən qarışıq sualların pəncəsində qalmışdım. Hansısa xəstəliyi keçirmək anormallıqdır? Mənim xəstəliyi normal qarşılayıb, şükr etməyim anormallıqdır? Bəlkə öz dərdimlə bərabər buna düçar olmuş insanlara bir ümid işığı olmağım anormaldır?

İstəmədiyim halda saçlarımı dibindən qırxdırmaq anormalıqdır? Nə idi axı məndə olan anormallıq? Bəs normal olan nədir? Bu sualların arasında düşündükcə bir şeyi anladım və o da üzümdə təbəssüm yaratdı. Mən normal olmağı seçirəm. O, düşündüyü normallıq mənə dar gələr. Mən halımdan məmnunam”.

Загрузка...