Rusiyanın paytaxtı Moskvada baş verən cinayətin üstü açılıb.
BAKU.WS-in Rusiya mətbuatına istinadən məlumatına görə, Rövşən Şabanov soyğunçuluq məqsədi ilə 52 yaşlı Larisa Frosina adlı qadını təqib edib.
Qadınla birlikdə liftə daxil olan Rövşən, Frosinaya 10 bıçaq zərbəsi yetirib və onun pullarını götürərək aradan çıxıb.
Cinayətkar evin blokunda quraşdırılmış videonəzarət kameralarına düşüb. R. Şabanov artıq Rusiyanın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
O da qeyd edilir ki, 1991-ci il təvəllüdlü Rövşən Şabanov əvvəllər Azərbaycanda polis əməkdaşı olub.