Qış olimpiadaları üçün Cənubi Koreyada yerləşən və google tərcümə sistemindən istifadə edən Norveç olimpiada heyəti rəhbərliyi Koreya dilində verdikləri sifarişdə 1.500 yumurta əvəzinə səhvən 15.000 yumurta aldıqlarını deyiblər. Norveç heyətinin aşpazı Stale Johansen, Norveç qəzeti olan “Aftenposten”ə açıqlamasında 13.500 yumurtanı geri göndərməyə nail olduqlarını deyib.
BBC-nin Koreya servisindən olan jurnalist David Cann Koreyanın fərqli bir sayma sistemi olduğunu və bu imla səhvinin də yaranmış yanlışlığa səbəb ola biləcəyini vurğulayıb. Koreya diıində 1.500-lə 15.000 arasında yazılış fərqi var. Norveç olimpiada heyətinin rəhbəri Tore Ovrebo, Pyeongchang şəhərindəki mətbuat konfransında deyib ki, “Sifarişlərdə bir sıfır artıq idi. Yəni, nəticədə 1.500 rəqəmi 15.000 oldu. Böyüdüləcək bir durum yoxdur”.
Norveç Qış Olimpiadalarına 109 idmançı göndərib.
Musavat.com