Türkiyədə yaşayan məşhur azərbaycanlı aktrisa Nəsrin Cavadzadə mediada haqqında çıxan xəbərlərin təhrif olunmasına etiraz edib.
Kult.az xəbər verir ki, aktrisa illər əvvəl zarafatyana söylədiyi sözlərin həqiqət kimi təqdim olunmasından sıxıldığını dilə gətirib. O, İnstaqram səhifəsində məsələ ilə bağlı bu sözləri yazıb:
“Hörmətli jurnalist dostlarım, diva deyiləm, başgicəlləndirici təsir yaratmıram. Məni razı salmaq o qədər də çətin deyil. Xəbər başlıqlarını saymaqla bitməz, amma hələlik cavab verməyim ən vacib olanlar bunlardır. Yeri gəlmişkən, asosial hesab olunacaq qədər təvazökar həyat tərzi keçirən və işini layiqincə görməyə çalışan bir Allah quluyam. Güldük, əyləndik, daha bəsdir.
3-4 il bundan əvvəl açıqlamalarımın birində Vudi Allenin (Amerika kino rejissoru və aktyoru – red.) heç bir suala ciddi şəkildə cavab verməməsini örnək alaraq, bir-birindən gülməli cavablar vermişdim. Bunun üzərindən bu müddət keçməsinə baxmayaraq, hələ də sözlərim təhrif olunur. Açıqlamam başdan-ayağa trol idi və həmin vaxt çox əylənmişdim. İndi isə artıq gülmədiyimin fərqinə vardım. Kim bilir, bəlkə də yeni trollara ehtiyacım var. Sizi sevirəm”.