Aktyor Corc Kluni verilişlərin birində maraqlı açıqlamalar verib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, yayda xanımı Amal Klunidən əkiz uşaqları olacaq aktyor indidən övladlarına ad fikirləşdiyini bildirib:
“Bu, elə bir ad olmalıdır ki, seçilsin. Həm də mənası olsun. İstəyirdim ən çox sevdiyim içkinin adını övladlarıma verim. “Casamigos” adından Kasa və Amiqo adlarını oğullarıma seçsəm də, Amal razılaşmadı. Qeyd edim ki, ilk dəfədir xanımın mənimlə həmfikir deyil”.