“Demet Akbağ ilə Çox Aramızda” verlişinin son qurbanı “Afrodita” ləqəbli aktrisa Banu Alkan olub.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Show TV-də yayımlanan verlişin final bölümü olduqca maraqlı səhnələrlə diqqət çəkəcək.
Akbağ bu həftə Banu Alkanı “hədəf” alıb. Maqazin verilişində qonaq olduğunu düşünən məşhur aktrisanın zooparkda başına gəlməyən qalmayıb.
Ona yoldaşlıq edən müxbirlə birlikdə zooparka gələn “Afrodita” birinin “Kömək edin” deyə qışqırmasıyla Sibir pələnginin qəfəsdən qaçdığını hesab edib. Bu an böyük qorxu yaşayan Banu Alkanın huşunu itirmək üzrə olduğu kameralardan qaçmayıb.