Bu gün “Avro-2016“nın D və E qrupunda yer alan komandalar qarşılaşacaq; Belçika-İtaliya matçına maraq daha böyükdür
Bu gün “Avro-2016″nın D qrupunda yer alan sonuncu Avropa çempionu İspaniya millisi ”Munisipal” stadionunda Çexiya ilə qarşılaşacaq. Brazilayada dünyanın ən güclüsü titulunu itirən İspaniya Fransada çempionluğa ən real namizədlərdən biri hesab olunur.
Bu səbəbdən də ikiqat Avropa çempionunun hansı hazırlıq səviyyəsində olduğu böyük maraq doğurur.
AÇ seçmə mərhələsində İspaniya millisi əla nəticə göstərib, 30 mümkün xaldan 27-sini toplayıb. İspanlar 23 top vurub və cəmi 3 dəfə qapılarında qol görüblər. Amma AÇ seçmə mərhələ deyil, burda ən talesiz bir qol, qapıçının adi bir səhvi komandanı mükafatçılar sırasından kənarda qoya bilər.
Məlumdur ki, Del Boske budəfəki çempionata bir sıra gənc futbolçuları gətirib. Məsələn, seçmə mərhələdə İspaniyanın heyətində ən çox top (4) vuran “Valensiya”nın gənc forvardı Pako Alkaserin cəmi 22 yaşı var. “Yuventus”un oyunçusu Alvaro Moratonun və “Real”dan milliyə dəvət almış İskonun 23 yaşı var. “Bavariya” dan millinin heyətinə daxil edlən Tyaqo Alkantaranın da 25 yaşı var. İspaniya millisi 2014-cü il dünya çempionatından sonra da FİFA reytinqindəki birinciliyinin əldən verməsə də, çempion reputasiyasını zədələyib.
Bu çempionat o baxımdan ispanlar üçün həm də bir revanş şansıdır ki, onu necə reallaşdıracaqları qrup mərhələsində bilinəcək.
İspaniyanın ilk turda Çexiya ilə qarşılaşması işinə yarıya bilər. Çünki startda qələbə çox vacibdir, üstəlik əgər çempionata kubok arxasınca gəlmisənsə… Çexiya İspaniya üçün təhlükəli rəqib deyil, amma çexlər üzərində qələbə qazanmaq da asan…
Müstəqillik qazanandan bəri artıq altıncı AÇ iştirakçı olan Çexiya, məsələn, İngiltərə milisindən daha yaxşı nəticə göstərib. Belə ki, çexlər üç dəfə pley-offda oynayıblar, AÇ-də ikinci və üçüncü yeri tutublar. Pavel Vbranın yetirmələri seçmə mərhələdə 7 oyunda qalib gəliblər. Çexiya milisinin seçmə mərhələdə qapılarından 14 top buraxması komandanın müdafiə xəttində problemlər olduğunu göstərir. Güclü və texnikalı İspaniya millisinin hücumçuları qarşısında zəif müdafiə ilə dayanmaq mümkün deyil. İspanların heyətindəki ulduzlarla müqayisədə çexlər “kasıb” hesab oluna bilərlər. “Arsenal”ın qapıçıçı Peter Çex istisna olmaqla təbii… Hazırda çexlərin heyətində ən məhsuldar oyunçu Tomaş Neçiddir. Mareka Suxi də çexlərin ümidverici futbolçularındandır.
Çexiya mətbuatı yazır ki, İspaniyadan sonra ikinci vəsiqəni çexlər qazanmalıdır, əks halda bu, komandanın uğursuzluğu hesab olunacaq. Qeyd edək ki, bu çempionatda üçüncü yer tutan 4 ən yaxşı nəticə göstərmiş komanda da növbəti mərhələyə keçəcək. Bu baxımdan D qrupunda azarkeşlərin diliylə desək, “qırğın” olacağı gözlənilir.
İspaniya və Çexiya 2012-ci ilin AÇ seçmə mərhələsində bir qrupda oynayıblar. Hər iki oyunda ispanlar qalib gəliblər. Madriddə hesab 2:1 olub, Praqada isə ispanlar iki cavabsız topla qalib gəliblər. Futbol bilicilərinin matç ərəfəsi proqnozlarına görə, İspanlar bugünkü oyunda iki top və ya da çox top fərqi ilə qalib gələcəklər. Amma sürprizlərə hazır olmaq, çexləri “dəfn etməyə” tələsməmək lazım…
İrlandiya və İsveç qarşılaşması: kim güclüdür?
E qrupunda isə bu gün İrlandiya İsveçrə ilə qarşılaşacaq. Hər iki komanda Fransaya vəsiqəni keçid oyununda qazanıb. İngiltərə və Skandinaviya futbol məktəbinin yetirmələri sürətli oyuna üstünlük verirlər və bugünkü oyunda çoxlu qayda pozuntularının olması mümkündür.
İrlandiya millisinin Fransaya vəsiqə qazanması artıq böyük uğurdu və bu səbəbdən “Avro-2016″da proqnozlar onu ”autsayderlər” səbətinə salıb. İrlandiya seçmə mərhələsində öz meydanında keçirdiyi oyunlarda uduzmadı, üstəlik son dünya çempionu Almaniyanı minimal hesabla məğlub da etdi. Amma qrupda yalnız üçüncü yeri tuta bildi və Bosniya ilə iki oyunun nəticəsinə görə Fransaya vəsiqə qazandı.
İrlandiya millisində hazırda nəsil dəyişmə prosesi gedir. Amma komanda da yenə də əsas söz sahibi yaşı 30 və daha çox futbolçulardır. Təsadüfi deyil ki, komandanın ən yaxşı qolçusu yenə “qoca qurd” Robbi Kindir. İrlandiya futbolunun veteranı seçmə məhələdə keçirilən 10 oyunda meydana çıxıb və 5 top vura bilib. İrlandiyanın heyətində Rusiyanın “Spartak” klubunda oynamış Eyden Makqidi də var. 2012-ci il çempionatında İrlandiya millisi çox zəif nəticə göstərdi. Keçirdiyi üç görüşün hamısında məğlub oldu, qapılarında 9 top buraxdılar. Gözlənilir ki, İrlandiya milisi bu dəfə qrup üçüncüsü kimi çempionatda iştirakı davam etməyi hədəfləyib.
İsveçrəni çəkinmədən Zlata İbrahimoviçin komandası kimi təqdim etmək olar. İbrahimoviç millidə 107 oyun keçirib ki, 57 dəfə rəqiblər qapısına yol tapa bilib. İsveçrə çempionatlarda sürpriz etməyi xoşlayır, bu səbəbdən də onlarla bağlı proqnozlarda ehtiyatlı olmaq lazımdır. İsveçrə millisi də keçid oyunda Fransaya vəsiqə almasına baxmayaraq, onlar bu gün qarşılacaqları rəqiblərindən çox təcrübıəlidirlər. Komandada Andreas Qrandkbist, Pontus Venhblum və Kim Çelestrem kimi oyunçular var. İsveç milisinin növbəti mərhələyə çəıxması da heç kimi təəccübləndirməz.
İrlandiya və İsveçrə yığması sonuncu dəfə 2014-cü dünya çempionatının seçmə mərhələsində qarşı-qarşıya gəliblər. Stokholmda keçirilən oyunda hesab açılmayıb, Dublində isə İsveçrə 2:1 hesabı ilə qalib gəliblər.
Bu oyunda komandaların şansları bərabər hesab olunur.
Belçika da çempionluğa namizəddir
Günün ən maraqlı oyunu isə E qrupunda yer alan Belçika və İtaliya milliləri arasında olacaq. Belçika millisi 16 ildən sonra ilk dəfədir ki, Avropa çempionatında oynayacaqlar. Belçika millisi seçmə mərhələsində keçirdiyi 10 görüşçün yalnız birində məğlub olaraq qrup lideri kimi Fransaya vəsiqə qazanıblar.
Belçika milisi bu oyunlarda 24 top vurub. Bu topların 5-ni “Çelsi”də oynayan Eden Azar, 5-ni isə Kevin de Bryune(“Mancestr-Siti”) vurub. Bu forvardlardan başqa Belçikanın heyətində hücum xəttində “Liverpul”lu Kristian Benteke və Romelu Lukaku (“Everton”) kimi oyunçular da var. Rusiya klublarında oynayan Vitsel və Nikolas Lombertsə də ümidlər böyükdür. Mark Vilmotsun yetirmələrini ehtiyatlı da olsa bu çempionatın ən iddialı komandalar sırasına daxil edirlər.
Belçika kimi İtaliya millisi də Avro 2016-ya xüsusi çətinlik çəkməkdən vəsiqə qazanıblar. İtaliyalılar seçmə mərhələdə bir dəfə də meydanı məğlub tərk etmədilər. İtaliya millisində hücum xəttində rəqiblərində olduğu kimi parlaq hücumçu yoxdur. Təsadüfi deyil ki, seçmə mərhələdə qolları 10 müxtəlif futbolçu vurub. Yalnız qollardan üçünü hücumçu Sautqemptona Qraçianno Pele vurub. Komandanın heyətində El-Şaaravi (“Monako”), De Şilo(“Milan”) və Marko Veratti (PSJ) kimi gənc oyunçular var.
Belçika və İtaliya uzun müddətdir ki, beynəlxalq arenalarda qarşı-qarşıya gəlməyiblər. 2008-ci ildə yoldaşlıq görüşündə italiyalılar 3:1 hesabı ilə qalib gəliblər. 2015-ci ildəki yoldaşlıq görüşündə isə belçikalılar qalib gəlib. Bu oyunda bukmeykerlər Belçikanın qələbəsinə daha çox inanırlar.
Musava.com