Bazar ertəsi, 6 Fevral 2023
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Tacsız” kral: bu gün İspaniya mübarizəyə qoşulur

TURAN
13/06/2016 11:08
0
BAXIŞ
FacebookTwitterTelegram

img2109302

 

Bu gün “Avro-2016“nın D və E qrupunda yer alan komandalar qarşılaşacaq; Belçika-İtaliya matçına maraq daha böyükdür

Bu gün “Avro-2016″nın D qrupunda yer alan sonuncu Avropa çempionu İspaniya millisi ”Munisipal” stadionunda Çexiya ilə qarşılaşacaq. Brazilayada dünyanın ən güclüsü  titulunu itirən İspaniya Fransada çempionluğa ən real namizədlərdən biri hesab olunur. 
Bu səbəbdən də  ikiqat Avropa çempionunun hansı hazırlıq səviyyəsində olduğu böyük maraq doğurur.
AÇ seçmə mərhələsində İspaniya millisi əla nəticə göstərib, 30 mümkün xaldan 27-sini toplayıb. İspanlar 23 top vurub və cəmi 3 dəfə qapılarında qol görüblər. Amma AÇ seçmə mərhələ deyil, burda ən talesiz bir qol, qapıçının adi bir səhvi komandanı mükafatçılar sırasından kənarda qoya bilər.
Məlumdur ki, Del Boske budəfəki çempionata bir sıra gənc futbolçuları gətirib. Məsələn, seçmə mərhələdə İspaniyanın heyətində ən çox top (4) vuran “Valensiya”nın gənc forvardı Pako Alkaserin cəmi 22 yaşı var. “Yuventus”un oyunçusu Alvaro Moratonun  və “Real”dan milliyə dəvət almış İskonun 23 yaşı var. “Bavariya” dan millinin heyətinə daxil edlən Tyaqo Alkantaranın da 25 yaşı var. İspaniya millisi 2014-cü il dünya çempionatından sonra da FİFA reytinqindəki birinciliyinin əldən verməsə də, çempion reputasiyasını zədələyib.
Bu çempionat o baxımdan ispanlar üçün həm də bir revanş şansıdır ki, onu necə reallaşdıracaqları qrup mərhələsində bilinəcək.
 
İspaniyanın ilk turda Çexiya ilə qarşılaşması işinə yarıya bilər. Çünki startda qələbə çox vacibdir, üstəlik əgər çempionata kubok arxasınca gəlmisənsə… Çexiya İspaniya üçün təhlükəli rəqib deyil, amma çexlər üzərində qələbə qazanmaq da asan… 
 
Müstəqillik qazanandan bəri artıq altıncı AÇ iştirakçı olan Çexiya, məsələn, İngiltərə milisindən daha yaxşı nəticə göstərib. Belə ki, çexlər üç dəfə pley-offda oynayıblar, AÇ-də  ikinci və üçüncü yeri tutublar. Pavel Vbranın yetirmələri seçmə mərhələdə 7 oyunda qalib gəliblər. Çexiya milisinin seçmə mərhələdə qapılarından 14 top buraxması komandanın müdafiə xəttində problemlər olduğunu göstərir. Güclü və texnikalı İspaniya millisinin hücumçuları qarşısında zəif müdafiə ilə dayanmaq mümkün deyil. İspanların heyətindəki ulduzlarla müqayisədə çexlər “kasıb” hesab oluna bilərlər. “Arsenal”ın qapıçıçı Peter Çex istisna olmaqla təbii… Hazırda çexlərin heyətində ən məhsuldar oyunçu Tomaş Neçiddir. Mareka Suxi də çexlərin ümidverici futbolçularındandır.
Çexiya  mətbuatı yazır ki, İspaniyadan sonra ikinci vəsiqəni çexlər qazanmalıdır, əks halda bu, komandanın uğursuzluğu hesab olunacaq. Qeyd edək ki, bu çempionatda üçüncü yer tutan 4 ən yaxşı nəticə göstərmiş komanda da növbəti mərhələyə keçəcək. Bu baxımdan D qrupunda azarkeşlərin diliylə desək, “qırğın” olacağı gözlənilir.
İspaniya və Çexiya 2012-ci ilin AÇ seçmə mərhələsində bir qrupda oynayıblar. Hər iki oyunda ispanlar qalib gəliblər. Madriddə hesab 2:1 olub, Praqada isə ispanlar iki cavabsız topla qalib gəliblər. Futbol bilicilərinin matç ərəfəsi proqnozlarına görə, İspanlar bugünkü oyunda iki top və ya da çox top fərqi ilə qalib gələcəklər. Amma sürprizlərə hazır olmaq, çexləri “dəfn etməyə” tələsməmək lazım…
 
İrlandiya və İsveç qarşılaşması: kim güclüdür?
E qrupunda isə bu gün  İrlandiya İsveçrə ilə qarşılaşacaq. Hər iki komanda Fransaya vəsiqəni keçid oyununda qazanıb. İngiltərə və Skandinaviya futbol məktəbinin yetirmələri sürətli oyuna üstünlük verirlər və bugünkü oyunda çoxlu qayda pozuntularının olması mümkündür.
İrlandiya millisinin Fransaya vəsiqə qazanması artıq böyük uğurdu və bu səbəbdən “Avro-2016″da proqnozlar onu ”autsayderlər” səbətinə salıb.  İrlandiya seçmə mərhələsində öz meydanında keçirdiyi oyunlarda uduzmadı, üstəlik son dünya çempionu Almaniyanı minimal hesabla məğlub da etdi. Amma qrupda yalnız üçüncü yeri tuta bildi və Bosniya ilə iki oyunun nəticəsinə görə Fransaya vəsiqə qazandı.
İrlandiya millisində hazırda nəsil dəyişmə prosesi gedir. Amma komanda da yenə də əsas söz sahibi yaşı  30 və daha çox futbolçulardır. Təsadüfi deyil ki, komandanın ən yaxşı qolçusu yenə “qoca qurd” Robbi  Kindir. İrlandiya futbolunun veteranı seçmə məhələdə keçirilən 10 oyunda meydana çıxıb və 5 top vura bilib. İrlandiyanın heyətində Rusiyanın “Spartak” klubunda oynamış  Eyden Makqidi də var. 2012-ci il çempionatında İrlandiya millisi çox zəif nəticə göstərdi. Keçirdiyi üç görüşün hamısında məğlub oldu, qapılarında 9 top buraxdılar. Gözlənilir ki, İrlandiya milisi bu dəfə qrup üçüncüsü kimi çempionatda iştirakı davam etməyi hədəfləyib.
İsveçrəni çəkinmədən Zlata İbrahimoviçin komandası kimi təqdim etmək olar. İbrahimoviç millidə 107 oyun keçirib ki, 57 dəfə rəqiblər qapısına yol tapa bilib. İsveçrə çempionatlarda sürpriz etməyi xoşlayır, bu səbəbdən də onlarla bağlı proqnozlarda ehtiyatlı olmaq lazımdır. İsveçrə millisi də keçid oyunda Fransaya vəsiqə almasına baxmayaraq, onlar bu gün qarşılacaqları rəqiblərindən çox təcrübıəlidirlər. Komandada Andreas Qrandkbist, Pontus  Venhblum və Kim Çelestrem kimi oyunçular var. İsveç milisinin növbəti mərhələyə çəıxması da heç kimi təəccübləndirməz.
İrlandiya və İsveçrə yığması sonuncu dəfə 2014-cü dünya çempionatının seçmə mərhələsində qarşı-qarşıya gəliblər. Stokholmda keçirilən oyunda hesab açılmayıb, Dublində isə İsveçrə 2:1 hesabı ilə qalib gəliblər.
Bu oyunda komandaların şansları bərabər hesab  olunur.
 
Belçika da çempionluğa namizəddir 
Günün ən maraqlı oyunu isə E qrupunda yer alan  Belçika və İtaliya milliləri arasında olacaq. Belçika millisi 16 ildən sonra ilk dəfədir ki, Avropa çempionatında oynayacaqlar. Belçika millisi  seçmə mərhələsində keçirdiyi 10 görüşçün yalnız birində məğlub olaraq qrup lideri kimi Fransaya vəsiqə qazanıblar.
Belçika milisi bu oyunlarda 24 top vurub. Bu topların 5-ni “Çelsi”də oynayan Eden Azar, 5-ni isə Kevin de Bryune(“Mancestr-Siti”) vurub. Bu forvardlardan başqa Belçikanın heyətində hücum xəttində  “Liverpul”lu Kristian Benteke və Romelu  Lukaku (“Everton”)  kimi oyunçular da var. Rusiya klublarında oynayan Vitsel və Nikolas Lombertsə də ümidlər böyükdür. Mark Vilmotsun yetirmələrini ehtiyatlı da olsa bu çempionatın ən iddialı komandalar sırasına daxil edirlər.
Belçika kimi İtaliya millisi də Avro 2016-ya xüsusi çətinlik çəkməkdən vəsiqə qazanıblar. İtaliyalılar seçmə mərhələdə bir dəfə də meydanı məğlub tərk etmədilər. İtaliya millisində hücum xəttində rəqiblərində olduğu kimi parlaq hücumçu yoxdur. Təsadüfi deyil ki, seçmə mərhələdə qolları 10 müxtəlif futbolçu vurub. Yalnız qollardan üçünü hücumçu Sautqemptona Qraçianno Pele vurub. Komandanın heyətində El-Şaaravi (“Monako”),  De Şilo(“Milan”) və Marko Veratti (PSJ) kimi gənc oyunçular var.
Belçika və İtaliya uzun müddətdir ki, beynəlxalq arenalarda qarşı-qarşıya gəlməyiblər. 2008-ci ildə yoldaşlıq görüşündə italiyalılar 3:1 hesabı ilə qalib gəliblər. 2015-ci ildəki yoldaşlıq görüşündə isə belçikalılar qalib gəlib. Bu oyunda bukmeykerlər Belçikanın qələbəsinə daha çox inanırlar.
Musava.com

DAHA ÇOX OXU

export

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09
export

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29
export

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43
export

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36
export

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20
export

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16
SON XƏBƏR

“Qanun” nəşriyyatında bomba həyəcanı

Azərbaycanda 12 yaşlı qızı sel apardı

Azərbaycan üçün 3-cü devalvasiya proqnozu

Xəbər lenti

İzmir zəlzələsində övladlarını itirən ana yardım kampaniyasına başladı

06/02/2023 21:00

Bu görüntülər zəlzələnin şiddətini üzə çıxardı.. BEŞİK KİMİ YELLƏNDİ

06/02/2023 20:35

Zəlzələdə həyatını itirən vətəndaşlar üçün məscidlərdə namazlar qılınacaq

06/02/2023 20:15

Putin Ərdoğana başsalığı verdi

06/02/2023 19:50

Çorumda zəlzələ anı.. Vətəndaşlar özlərini ÇÖLƏ ATDILAR

06/02/2023 19:35

Xəstəxana binası qismən çökdü: Körpələr və anaları reanimasiyada çarəsiz vəziyyətdə – FOTO

06/02/2023 19:18

Sosial şəbəkələrdə yayılan uşaqların görüntüsü ilə bağlı DİN-dən AÇIQLAMA

06/02/2023 19:09

Hacı Surxay başsağlığı verdi

06/02/2023 19:01

Süni zəlzələləri kimlər və necə yaradır? – Türkiyəyə qarşı tektonik silah işə düşdü?

06/02/2023 18:39

Bir qrup gənc dağıntılar altında qalan vətəndaşı ələ saldılar – QALMAQALLI GÖRÜNTÜLƏR

06/02/2023 18:29

Türkiyədə taksi sürücüləri vətəndaşlara pulsuz xidmət göstərməyə başladı

06/02/2023 17:43

Canlı yayım zamanı zəlzələ – Aparıcının soyuqqanlılığı gündəm oldu (VİDEO)

06/02/2023 17:36

“Şəbnəm sizi öldürəcək”

06/02/2023 17:20

Canlı yayımda kabus yaşadılar – Müxbir danışarkən arxasındakı bina uçdu (VİDEO)

06/02/2023 17:16

Türkiyədə dağıntılar altında qalan azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:49

Şöbə müdiri mediaya vergi güzəştlərinin tətbiq edilməsindən DANIŞDI

06/02/2023 16:44

Dağıntılar altından xilas edilən azərbaycanlı tələbələrin FOTOLARI

06/02/2023 16:34

Səfirliyimizə hücumun YENİ GÖRÜNTÜLƏRİ- İran polisi maşına minərək qaçır – ANBAAN VİDEO

06/02/2023 16:30

“Xilasetmə və axtarış işləri sürətlə davam edir”- Türkiyəli jurnalist

06/02/2023 16:27

Vasif Tağıyev avtomat terrorçunun əlində ikən darağı çıxarıb – YENİ TƏFƏRRÜAT

06/02/2023 16:22

İrandakı səfirliyimizdə törədilən terror aktının – Təfərrüatı

06/02/2023 16:05

Türkiyədəki azərbaycanlılar bu nömrələrlə əlaqə saxlasınlar- Siyahı

06/02/2023 15:43

SON DƏQİQƏ! Azərbaycanda vəzifəli şəxs HƏBS EDİLDİ

06/02/2023 15:30

Türkiyədəki zəlzələdə azərbaycanlılar da xəsarət alıblar

06/02/2023 15:30

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.