sakasvili

Rusiya mətbuatında Gürcüstanın sabiq prezidenti, hazırda Odessanın qubernatoru vəzifəsində çalışan Mixail Saakaşvilinin narkoman olması barədə iddialar ortaya çıxıb.

BAKU.WS-in məlumatına görə, Saakaşvilinin Gürcüstan prezidenti postunda olarkən iştirak etdiyi tədbirlərdən birində çəkilmiş video sosial şəbəkələrdə yayılıb. Görüntülərdə Saakaşvili özünü qəribə aparır. İlk öncə Gürcüstan prezidenti maşından düşərkən qırmızı xalının üstü ilə hərəkət etmir. Daha sonra görüntülərdə Saakaşvili gəzərkən tarazlığını tənzimləyə bilmir. Onun gözlərinin axdığı və özündə olmadığı açıq görünür.

Bu məsələ ilə bağlı Ans press-ə açıqlama verən Mixail Saakaşvili haqqında yazılanların həqiqətə uyğun olmadığını bildirib. O, bunun Rusiya tərəfindən ona qarşı növbəti kampaniyanın tərkib hissəsi olduğunu deyib.

“Mən yeni ili cəbhə xəttində döyüşçülərlə birgə keçirdim. Mənə xəbərlər gəlirdi ki, Rusiya mətbuatı bu barədə mənə qarşı kampaniya aparır. Biz buna həmişə hazırıq. Bizim burada məqsədimiz uğurla davam edir. Ukrayna xalqı bu uğura nail olmaq uçün mərdliklə mübarizə aparır”, deyə Saakaşvili bildirib.

Saakaşvili ona qarşı aparılan bu kampaniyanın başında kimin dayandığını bildirərək buna hazır olduğunu qeyd edib: “Bilirəm ki, mənim haqqında nələr deyilə bilər, hansı iftiralar ola bilər. Mənim üçün ən əsası ətrafımın mənim haqda fikirləşdiyidir. Hələ ki, bu barədə şikayət yoxdur”.