“Yetenek Sizsiniz Türkiye”nin dünənki buraxılışında azərbaycanlı qız iştirak edib.
Axşam.az-ın məlumatına görə, 9 yaşlı Fatimə hind rəqsi ilə münsiflərin qarşısına çıxıb. Hər üç məşhurdan “hə” cavabı alan həmyerlimiz Bəxtiyar Vahabzadənin “Azərbaycan Türkiyə” şeirini də səsləndirib.
Qeyd edək ki, TV8-də telekanalında yayımlanan yarışma proqramının münsiflər heyətində reklamçı Ali Taran, aktyor Eser Yenenler, aktrisa Seda Bakan oturub.