Medianews.az
Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir -
206 baxış

Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO

Rusiyanı tərk edən məşhur müğənni, SSRİ Xalq artisti Alla Puqaçova eksklüziv hüquqlarını yeniləməsə, gələn ilin aprelində “Kristina” ticarət markasını itirmək riski ilə üzləşəcək.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Rospatent” elektron məlumat bazasında qeyd olunub.

Puqaçovanın qızı - müğənni və aktrisa Kristina Orbakaitenin adını daşıyan bu ticarət nişanı ilk dəfə 1997-ci ildə qeydiyyata alınıb. Müğənni əmtəə nişanının müddətini bir neçə dəfə uzadıb, sonuncu dəfə isə 2016-cı ildə qeydiyyat yenilənib. Onun qüvvədə qalma müddəti 25 aprel 2026-cı ilə qədərdir.

“Kristina” markası altında geyim və baş geyimləri istehsal edilə, eləcə də spirtli içkilər, tütün və digər məhsullar satıla bilər. Bundan başqa, şirkət səyahətlərin təşkili və təhsil xidmətləri göstərmək hüququna da malikdir.

Bizə qoşulun