Medianews.az
"Qanlı dərə"də 4 ay əvvəl itkin düşmüş kişinin
79 baxış

"Qanlı dərə"də 4 ay əvvəl itkin düşmüş kişinin meyiti tapıldı

Salyan rayonunda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti aşkarlanıb.

Medinaews.az "Unikal"ın məlumatına görə bildirir ki, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayev bir neçə ay əvvəl ov tüfəngi ilə yaşadığı evi tərk edərək naməlum istiqamətə gedib.

Onun itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib. Polis əməkdaşlarının həyata keçirdiyi axtarış tədbirləri nəticəsində kişinin meyiti “Qanlı dərə” adlanan ərazidə tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizə qoşulun