Medianews.az
"Saatlardır postda qalmışıq, insanlar əziyyət çəkir" -
69 baxış

"Saatlardır postda qalmışıq, insanlar əziyyət çəkir" - VİDEO

Naxçıvan-Bakı avtobus xətti ilə gələn vətəndaşlar Biləsuvar gömrük postunda problemlə üzləşib.

Sərnişinlər səhər saatlarından indiyədək Biləsuvar gömrük postunda qalıb.

Vətəndaşlardan biri bununla bağlı video çəkib. O bildirib ki, saatlardır soyuq havada gözləyirlər: "Saat 04:27-dən buradayıq. Keçidimizə icazə verilmir. Xəstələr, uşaqlar var. İnsanlar əziyyət çəkir. Lakin hər hansı məlumat verilmir, səbəbini bilmirik".

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu ünvanlanıb.

Həmin görüntüləri təqdim edirik:( Baku.ws)

Bizə qoşulun