Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinə məktub yazıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Macarıstanın “Mandiner” nəşri məlumat yayıb.
Bildirilib ki, Orban Putindən Avropa İttifaqının (Aİ) Ukraynaya reparasiya kreditinin ayrılması üçün dondurulmuş Rusiya aktivlərindən istifadə etməsi və bu qərarı dəstəkləyəcək ölkələrə qarşı Kremlin reaksiyasının necə olacağı ilə maraqlanıb.
Orbanın sözlərinə görə, rəsmi Moskva həm bu addıma, həm də qərarın lehinə səs verəcək ölkələrə qarşı “qətiyyətlə” cavab verəcəyini bəyan edib.
Bununla belə, Baş nazir ölkəsinin dondurulmuş Rusiya aktivlərindən istifadəni dəstəkləmədiyini diqqətə çatdırıb.